“Xırdalan”nın basketbolçusu “Sabah” üzərində qələbənin sirrini açıqlayıb

Xəbərlər
25 Yanvar 2024 09:31
132
“Xırdalan”nın basketbolçusu “Sabah” üzərində qələbənin sirrini açıqlayıb

“Qələbə qazandığımız üçün çox xoşbəxtəm. Bunun üçün çox çalışmışdıq”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan"ın basketbolçusu Cessi Gi deyib.

ABL-nın XII turunda çempion “Sabah” üzərində 107:103 qələbə qazanan avstraliyalı basketbolçu bildirib ki, rəqibi komanda oyunu sayəsində üstələyiblər: “Əziyyətimiz boşa getmədi. Komandada hər kəs bu qələbədə pay sahibi oldu. Əsl kollektiv oyunu sərgilədik. Düşünürəm ki, rəqiblər bizi lazımi qədər dəyərləndirmir. Amma bunun bizim üçün problemi yoxdur. Əksinə, bu bizi motivasiya edir və bu qələbə ilə də sübut etdik ki, necə güclü kollektivik. 32 xal topladım. Amma bunu tək yox, komanda yoldaşlarımın dəstəyi ilə bacarmışam. Komandam və məşqçim mənə güvəndikləri üçün bu performansı göstərə bildim. "Sabah" liqanın ilk pilləsində idi. Bu amil də məni ilk saniyələrdən daha da aqressiv oynamağa motivasiya etdi”.

Qeyd edək ki, “Xırdalan” XII turdan sonra topladığı 19 xalla dördüncüdür.

İdman.biz