“Neftçi SOCAR” 3x3 basketbol komandası Bordo mərhələsində çıxışını dayandırıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda İspaniya komandası ilə qarşılaşıb.
Gərgin keçən görüş rəqibin 13:12 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Neftçi SOCAR”ın Bordo mərhələsində yolu 1/4 finalda başa çatıb.
