Anar Hacıyev “LANDAU Lions”la müqaviləsini uzadıb

30 Avqust 2026 19:01
90
Anar Hacıyev “LANDAU Lions”la müqaviləsini uzadıb

“LANDAU Lions” basketbol klubu Azərbaycan millisinin sabiq üzvü Anar Hacıyevlə əməkdaşlığı davam etdirəcək.

İdman.Biz xəbər verir ki, ötən mövsüm komandanın məşqçilər korpusunda çalışan 38 yaşlı mütəxəssislə müqavilə daha bir il müddətinə uzadılıb.

Anar Hacıyev ötən mövsüm “LANDAU Lions”un gümüş medal qazanmasında məşqçilər korpusunun üzvü kimi iştirak edib.

Qeyd edək ki, klub daha əvvəl baş məşqçi Erhan Tokerlə də müqavilənin müddətini bir il uzadıb.

İdman.Biz