"Neftçi SOCAR" Yaponiyanın Takasaki şəhərində keçirilən 3x3 basketbol üzrə Qadınların Dünya Seriyası mərhələsində çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi turnirdə yarımfinala qədər irəliləyib.
"Neftçi SOCAR" 1/4 finalda Tailand millisi ilə qarşılaşıb. Bakı klubu rəqibini 19:12 hesabı ilə məğlub edərək turnirin dörd ən güclü komandası sırasına yüksəlib.
Yarımfinalda "Neftçi SOCAR"ın rəqibi Kanada millisi olub. Görüş kanadalıların 22:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Neftçi SOCAR" Takasaki mərhələsində mübarizəni yarımfinalda başa vurub.
