Bakı klubunun yeni legioneri: “İlk gündən Bakıda evimdəki kimiyəm” - MÜSAHİBƏ

18 Yanvar 2024 17:21
1 287
Bakı klubunun yeni legioneri: “İlk gündən Bakıda evimdəki kimiyəm” - MÜSAHİBƏ

“Sərhədçi”nin yeni amerikalı basketbolçusu Leon Gilmorenin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Basketbol Liqasının XI turu çərçivəsində yeni komandanızın heyətində debüt etdiz. “Şəki”yə qalib gəldiyiniz oyunu necə dəyərləndirərdiz?

- Bakıya ötən həftə gəlmişəm. Komandada oyunu nümayiş etdiririk. Heç kəs özünü düşünmür, bir-birini dəstəkləyir və çempion olmaq üçün çalışır.

- “Sərhədçi”yə transferiniz barədə nə deyə bilərsiz? Azərbaycan basketbolu haqqında fikirləriniz necədir?

- Azərbaycan çox gözəl ölkədir. Xüsusilə də insanlarını fərqləndirərdim. Çünki onlar ancaq sevgilərini və dəstəklərini göstərir, hər səhər adamı salamlayırlar. Mən də inkişaf etməyə davam edəcəm, daha yaxşı olub komanda üçün çalışacağam.

- Onda Bakı klubunda yaxşı qarşılanmısız və adaptasiya çox çəkməyəcək...

- İlk gündən burda evimdə kimiyəm, əlimdən gələni edəcəm. Qələbə qazandıqca ən xoşbəxt mən olacağam.

- Azərbaycan haqda nələri bilirsiz?

- 2 həftədir ki, burdayam. Hələ öyrənirəm. Lakin deyə bilərəm ki, Bakının arxitekturası çox gözəldir.

- Bəs yeməklərimizi bəyənmisiz?

- Hələ ki, ancaq türk mətbəxindən dadmışam. Amma məşqçimə Azərbaycan yeməkləri olan restoranlar məsləhət görməsini və ilk fürsətdə ora getmək istədiyimi demişəm.

- Komandanın durumu ilə bağlı fikirləriniz necədir? Sizcə, çempionluğa oynaya bilərsiz?

- Əlbəttə, biz sadəcə pley-off mərhələsinə keçmək üçün çalışmırıq, məqsədimiz çempion olmaqdır. Əla məşqçi və oyunçu heyətinə sahibik.

- Bura gələndə klublarımızdakı amerikalı basketbolçulardan tanıdıqlarınız var ki?

- Yox, heç birini də tanımırdım. Əsas odur ki, komanda kimi ən yaxşısını istəyirik.

İdman.biz

Məqalədə: