Azərbaycan çempionatında mövsümün rekordu vurulub

Xəbərlər
18 Yanvar 2024 21:48
142
Azərbaycan çempionatında mövsümün rekordu vurulub

Azərbaycan Basketbol Liqasında mövsümün yeni rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Sərhədçi” ən böyükhesablı ev qələbəsinin müəllifi olub.

Bakı klubu öz meydanında “Şəki”ni 30 xal fərqi ilə üstələyib – 112:82. Bunadək mövsümün heç bir oyununda ev sahibləri belə fərqə nail olmayıb.

Əvvəlki rekord “Sabah”la “Neftçi”yə məxsus idi. Sonuncular noyabrın 11-də “Şəki”yə 90:64, “Sabah” dekabrın 15-də “Sumqayıt”a 105:79 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sərhədçi”nin qalibiyyəti ümumilikdə mövsümün 5-ci ən böyükhesablı qələbəsidir. Daha böyük fərqin qeydə alındığı dörd matç qonaqların üstünlüyü ilə yekunlaşıb.

İdman.biz