Basketbol üzrə Azərbaycanın dörd hakimi gənclər arasında keçiriləcək Avropa çempionatlarında oyunları idarə edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi üç hakim - Urfan Bayramlı, Toğrul Həsənov, Ruslan Xalıqov və bir hakim-komissar Asif Bağışov müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda iş başında olacaqlar.
Təyinatlar belədir:
Urfan Bayramlı
FIBA U-20 EuroBasket 2026, B divizionu
Slovakiya, 10-19 iyul
Toğrul Həsənov
FIBA U-20 qadınlar arasında EuroBasket 2026, B divizionu
Bolqarıstan, 4-12 iyul
FIBA U-18 qadınlar arasında EuroBasket 2026, B divizionu
Rumıniya, 31 iyul - 9 avqust
Ruslan Xalıqov
FIBA U-18 EuroBasket 2026, B divizionu
Xorvatiya, 24 iyul - 2 avqust
FIBA U-16 qadınlar arasında EuroBasket 2026, B divizionu
Slovakiya, 10-15 avqust
Asif Bağışov
FIBA U-16 EuroBasket 2026, B divizionu
Şimali Makedoniya, 6-15 avqust
Qeyd edək ki, Avropa birincilikləri iyul və avqust aylarında keçiriləcək.
