Azərbaycanın kişi basketbolçulardan ibarət millisi Belarus yığmasına qarşı iki yoxlama oyunu keçirəcək.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, bu barədə basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev məlumat verib.
Onun sözlərinə görə, qarşılaşmalar iyunun 20-si və 22-də Bakıda baş tutacaq. Sınaq matçları Azərbaycan yığmasının Avropa çempionatı - EuroBasket 2029-un ilkin seçmə mərhələsindəki son qrup oyunlarına hazırlığı çərçivəsində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə son görüşlərini iyulun 2-də səfərdə Lüksemburqa, iyulun 5-də isə Bakıda İrlandiyaya qarşı keçirəcək.
