Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2029-cu il Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində keçirəcəyi son qrup oyunlarına hazırlığa start verir.
İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda 7-14 iyunda Gəncə şəhərində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesinə Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz dəvət alıblar.
Toplanış millimizin Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi vacib matçlara hazırlıq məqsədi daşıyır. Bu oyunlar qrup mərhələsində Azərbaycan komandası üçün xüsusi əhəmiyyət kəsb edir.
Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.
