Yokiçdən rekord məsafədən final atışı - VİDEO

Xəbərlər
5 Yanvar 2024 22:16
1 228
Yokiçdən rekord məsafədən final atışı - VİDEO

“Denver Naggets”in basketbolçusu Nikola Yokiç növbəti rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, mərkəz oyunçuları arasında NBA-da final sirenasından əvvəl uzaq məsafədən qələbə atışının müəllifi olub.

“Qolden Steyt”lə qarşılaşmada Nikola 40 fut (12 metr) məsafədən dəqiq atışla komandasına qələbə qazandırıb. O, bu göstərici ilə 1950-ci ildə Bill Roberts və 1969-cu ildə Bob Rulun nəticəsini arxada qoyub.

Oyunun gedişində “Denver” 16 xal fərqi ilə hesabda geri olsa da, sona bir neçə saniyə qalmış bərabərliyə nail olub. Hesab 127:127 olarkən, serbiyalı basketbolçu uzaq məsafədən dəqiq atışla top səbətdən keçirib.

Qeyd edək ki, Yokiç 34 xalla qələbədə böyük pay sahibi olub.

İdman.biz