Yunan-roma güləşinin ulduzu basketbol meydanında - VİDEO

1 Aprel 2026 14:11
166
Yunan-roma güləşinin ulduzu basketbol meydanında - VİDEO

Yunan-roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev bu dəfə basketbol arenada qonaq olub.

İdman.Biz xəbər verir ki, o, “Sabah” ilə “Abşeron Lions” arasında keçirilən oyunu izləyib və həmçinin topu səbətdən keçirməklə bacarığını nümayiş etdirib.

Təcrübəli idmançı basketbola olan sevgisindən danışaraq bu idman növünün onun üçün xüsusi yer tutduğunu bildirib:

“Mən basketbolu çox sevirəm. Biz Yunan-Roma güləşçiləri məşqlərdən öncə basketbol oynayırıq. Peşəkar karyeramı bitirməyimə baxmayaraq, həftədə ən azı bir-iki dəfə basketbol oynayıram. Bu mənim çox sevdiyim, doğma idman növüdür.

Basketbolun inkişafında dövlətimiz tərəfindən böyük dəstək var. Hər kəsi basketbola dəvət edirəm. Maraqlı və pozitiv idman növüdür. Azərbaycanda sürətlə inkişaf edir. Hər kəsə uğurlar arzulayıram”.

İdman.Biz