NBA-da oynamış basketbolçu “Bolonya”da

Xəbərlər
31 Dekabr 2023 18:41
120
NBA-da oynamış basketbolçu “Bolonya”da

Avroliqa təmsilçisi “Bolonya” xorvatiyalı basketbolçi ilə güclənib.

İdman.biz xəbər verir ki, Ante Jijiç “Anadolu Efes”dən transfer olunub.

Mərkəz oyunçusu ilə 2026-cı il iyunun 30-dək müqavilə bağlanılıb. “Bolonya” Avroliqada turnir cədvəlinin 2-ci pilləsində yer alıb. Komanda turnirdə 12 qələbə qazanıb, 5 dəfə uduzub.

Qeyd edək ki, Jijiç 2016-cı ildə NBA draftında 23-cü sıradan “Boston” tərəfindən seçilib. Sonra “Klivlend Kavalyers”ə icarəyə verilən xorvatiyalı basketbolçu komandada 121 oyun keçirib.

İdman.biz