NBA-da qorxulu anlar: Hakim operatorun kamerasına çırpıldı - VİDEO

13 Mart 2026 17:35
95
NBA-da qorxulu anlar: Hakim operatorun kamerasına çırpıldı - VİDEO

NBA-da “Atlanta” və “Bruklin” komandaları arasında keçirilən qarşılaşmada bədbəxt hadisə yaşanıb. Oyunun gedişatını yaxından izləmək üçün yan xətt boyunca sürətlə qaçan hakim Şa`Rey Mitçell gözlənilmədən operatorun kamerasına çırpılıb.

İdman.Biz xəbər verir ki, zərbənin gücündən müvazinətini itirən hakim parketə yıxılaraq başını tutub. Hadisə həm idmançıları, həm də azarkeşləri ciddi narahat etsə də, gənc xanım hakim böyük iradə nümayiş etdirib.

Bir müddət yerdə qalan Mitçell tibbi yardımdan sonra ayağa qalxıb və qarşılaşmanı sonadək idarə edib.

İdman.Biz