Azərbaycan Basketbol Liqası: “Quba” “Lənkəran”nı məğlub edib - YENİLƏNİB

13 Mart 2026 16:43
226
Azərbaycan Basketbol Liqası: “Quba” “Lənkəran”nı məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir matçı keçirilib.

İdman.Biz xəbər verir ki, “Quba” komandası səfərdə “Lənkəran”lə qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 94:88.

Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.

Bu gün Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, B qrupunda “Quba” komandası “Lənkəran”la üz-üzə gələcək.

Matç Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və saat 15:00-da başlayacaq.

Turnir cədvəlində “Quba” 24 xalla beşincidir. “Lənkəran” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.

İdman.Biz