“Sabah” komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 18-ci turunda “Şəki” ilə oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin komandanın oyun ritminə müəyyən təsir etdiyini bildirib.
“Milli komandaların oyunları ilə əlaqədar yaranan 10 günlük fasilə tonus və temp baxımından basketbolçulara yaxşı təsir etmir. Lakin biz oyunçularımıza istirahət edib bərpa olunmaları üçün zaman verdik. Daha sonra isə məşqlərə başladıq. Yol yorğunluğu oyunumuza təsir etsə də, qələbə qazanmağı bacardıq”, - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, “Sabah” - “Şəki” matçı birincilərin 107:82 hesablı qələbəsi ilə başa çatıb.
