Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” NTD-ni məğlub edib - YENİLƏNİB

7 Mart 2026 22:26
402
Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” NTD-ni məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının 18-ci turunda günün ikinci oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Abşeron Lions” NTD ilə üz-üzə gəlib.

Matç 107:88 hesabı ilə “Abşeron Lions” qələbəsi ilə bitib.

17:07

Azərbaycan Basketbol Liqasının 18-ci turunda günün ilk oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Şəki” öz meydanında “Sabah” ilə üz-üzə gəlib.

Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaq komandanın üstünlüyü ilə yekunlaşıb.

Gərgin keçən matçda “Sabah” rəqibini 102:82 hesabı ilə məğlub edib. Görüşün periodları 18:23, 27:25, 18:26 və 19:28 hesabı ilə yekunlaşıb.

Günün son matçı isə “Abşeron Lions” və NTD komandaları arasında baş tutacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 19:30-da başlayacaq.

11:17

Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turunda daha iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Şəki” öz meydanında “Sabah”ı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Günün son matçı isə “Abşeron Lions” və NTD komandaları arasında baş tutacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” isə “Lənkəran”ı (104:73) məğlub edib.

İdman.Biz