Lebron Ceyms NBA-nın 37 illik rekordunu qırdı - VİDEO

6 Mart 2026 12:47
122
Lebron Ceyms NBA-nın 37 illik rekordunu qırdı - VİDEO

Lebron Ceyms NBA tarixində daha bir rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçu “Los Anceles Leykers”in “Denver Nuqets”ə 113:120 hesabı ilə uduzduğu matçda liqa tarixində ən çox dəqiq sahə atışı edən oyunçu olub.

L.Ceyms qarşılaşmada fərqlənərək karyerası ərzində dəqiq atışlarının sayını 15 838-ə çatdırıb və yeni rekord müəyyənləşdirib. Bununla da o, uzun illər rekordçu olan Kərim Əbdul Cabbarı geridə qoyub. Əfsanəvi mərkəz 1989-cu ildə karyerasını 15 837 dəqiq atışla başa vurmuş və bu rekord 37 ildən çox davam etmişdi.

Bu göstəricidə üçüncü pillədə isə Karl Malone qərarlaşıb. Onun hesabında 13 528 dəqiq sahə atışı var.

İdman.Biz