Azərbaycan Basketbol Liqasında “Sumqayıt” komandası “Quba” üzərində əzmkar qələbə qazandı.
İdman.Biz xəbər verir ki, görüşdən sonra ”Sumqayıt” komandanın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verərək, oyunun gedişini və nəticəni şərh edib.
Məşqçi bildirib ki, qələbə çox vacib idi və oyunçular son saniyələrə qədər mübarizə aparıb:
“Hərçənd 20 xal fərqilə öndə olsaq da, sonuncu periodda üstünlüyümüzü əldən verməyə başladıq. “Quba”nın məhsuldar və güclü komanda olduğunu nəzərə alsaq, belə çətinliyə düşəcəyimizi gözləyirdim. İstənilən halda, qələbə hesabını qoruya bildiyimizə görə şadam.”
Kuramşın xüsusi olaraq Keon Klerqin çıxışını vurğulayıb:
“Keon Klerqot bu gün 50 xal topladı. O, bizim liderimizdir və biz ona güvənirik. Klerqot mövsümün rekordunu yenilədi, həm də "Sumqayıt"ın məhsuldarlıq rekordunu təkrarladı. Son rekord da özünə məxsus idi”.
Qeyd edək ki, “Sumqayıt” “Quba”ya 117:116 hesabı ilə qalib gəlib.
