Şəhriyar Əsgərov: “İlk dəqiqələrdə müdafiədə çox səhvə yol verdik”

5 Mart 2026 17:40
106
Şəhriyar Əsgərov: “İlk dəqiqələrdə müdafiədə çox səhvə yol verdik”

Azərbaycan Basketbol Liqasında “Quba” “Sumqayıt”a 116:117 hesabı ilə uduzub və matçdan sonra “Quba” komandanın baş məşqçisi Şəhriyar Əsgərov qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bildirib ki, oyun gərgin keçib və ilk dəqiqələrdə müdafiədə səhvlərə yol verilib.

“İlk dəqiqələrdə müdafiədə çox səhvə yol verdik. Bu səbəbdən rəqib hesabda böyük fərq yaratdı. Lakin sonradan buna çatmaq mümkünsüz görünürdü, amma bacardıq. Yaxşı mübarizə apardıq. Matçın nəticəsi xeyrimizə ola bilərdi, amma son saniyə atışımız uğursuz oldu. Oyunçularım əllərindən gələni etdilər. İlk və ikinci hissədə müdafiəmiz zəif çıxış etdi, rəqibə boşluqlar verdik. ‘Sumqayıt’ı təbrik edirəm, onların atışları uğurlu alındı. Komandamız isə əzmkarlıq göstərdi. Hər iki komandaya oyuna görə təşəkkür edirəm. Azarkeşlərimiz də sona qədər bizi dəstəklədilər, onlara da minnətdaram. Gələcəyə nikbin baxırıq. Müntəzəm çempionatda iki oyunumuz qaldı, onları da qalib başa vurub pley-off mərhələsinə yüksək yerdən başlamaq istəyirik. Mübarizə davam edir”.

İdman.Biz
Məqalədə: