Bu gün Azərbaycan Basketbol Liqasında 18-ci turun oyunları davam edəcək.
İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə bir görüş baş tutacaq.
“Naxçıvan” komandası “Lənkəran”la üz-üzə gələcək. Qarşılaşma Bakıda yerləşən Sərhədçi İdman Mərkəzində keçiriləcək və saat 20:00-da start götürəcək.
Tur çərçivəsində digər oyunlar da qarşıdakı günlərdə keçiriləcək. Martın 7-də “Şəki” öz meydanında “Sabah”ı qəbul edəcək, “Abşeron Lions” isə NTD ilə münasibətlərinə aydınlıq gətirəcək. Martın 8-də isə “Neftçi” “Gəncə” ilə qarşılaşacaq.
Qeyd edək ki, 18-ci tura martın 8-də yekun vurulacaq. Turun ilk oyun günündə “Sumqayıt” “Quba”nı 117:116, “Sərhədçi” isə “Ordu”nu 70:67 hesabı ilə məğlub edib.
