Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal cütlüyü məlum olub - YENİLƏNİB+ FOTO

18 Fevral 2026 21:37
239
Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal cütlüyü məlum olub - YENİLƏNİB+ FOTO

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında “Quba” ilə qarşılaşan “Sabah” 113:76 hesabı ilə qalib gəlib.

Daha əvvəl baş tutan qarşılaşmada “Ordu” “Sumqayıt”dan 93:74 hesabı ilə üstün olub.

Beləliklə, ilk yarımfinalda “Sabah” “Ordu” ilə qarşılaşacaq. Oyun fevralın 20-də Bakı İdman Sarayında keçiriləcək.

18:00

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Ordu” ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç “Ordu”nun 93:74 hesablı qələbəsi ilə yekunlaşıb.

19:00-da isə eyni məkanda “Sabah” “Quba” ilə üz-üzə gələcək.

10:50

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Saat 16:00-da “Ordu” “Sumqayıt”la, 19:00-da isə “Sabah” “Quba” ilə qarşılaşacaq. Hər iki matç Bakı İdman Sarayında baş tutacaq.

Fevralın 19-da “Gəncə” - “Neftçi” və “Abşeron Lions” - “Şəki” matçları təşkil olunacaq.

Qeyd edək ki, “Ordu” - “Sumqayıt” cütünün qalibi “Sabah” - “Quba” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. “Gəncə” - “Neftçi” duelində üstün olan tərəf isə “Abşeron Lions” - “Şəki” cütünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz