Azərbaycan Basketbol Liqasında bu gün iki oyun baş tutacaq

13 Fevral 2026 09:51
161
Azərbaycan Basketbol Liqasında bu gün iki oyun baş tutacaq

Azərbaycan Basketbol Liqasında 17-ci turun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, ilk oyun saat 17:00-da Gəncədə keçiriləcək və yerli komanda "Abşeron Lions"u qəbul edəcək.

Saat 19:00-da isə "Ordu" və "Quba" komandaları qarşılaşacaqlar.

Turun əvvəlki görüşlərində "Sərhədçi" "Lənkəran" 83:69, "Naxçıvan" isə "Sumqayıt"ı 110:107 hesabı ilə məğlub edib.

İdman.Biz