Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib - YENİLƏNİB

11 Fevral 2026 20:32
237
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib

Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Lənkəran”la üz-üzə gələn “Sərhədçi” 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq.

14:11

Bu gün Azərbaycan Basketbol Liqasının 17-ci turunda keçirilməsi planlaşdırılan “Lənkəran” - “Sərhədçi” oyununun başlama saatı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 15:00-da deyil, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

10:28

Azərbaycan Basketbol Liqasında 17-ci tura bu gün bir oyunla start veriləcək.

İdman.Biz xəbər verir ki, "Lənkəran" doğma meydanda "Sərhədçi"ni qəbul edəcək.

Oyun Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

İdman.Biz