Azərbaycan Basketbol Liqası: “Gəncə” NTD üzərində qələbə qazanıb - YENİLƏNİB

7 Fevral 2026 17:00
229
Azərbaycan Basketbol Liqası: “Gəncə” NTD üzərində qələbə qazanıb - YENİLƏNİB

Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, A qrupunda NTD klubu ilə qarşılaşan "Gəncə" 104:85 hesablı qələbə qazanıb.

Gəncə Olimpiya İdman Kompleksində baş tutub.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

10:40

Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda NTD “Gəncə” ilə qarşılaşacaq.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Turnir cədvəlində “Gəncə” 22 xalla dördüncü pillədə qərarlaşıb. NTD isə 17 xalla altıncıdır.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

İdman.Biz
Məqalədə: