Azərbaycan Basketbol Liqasının 16-cı turunda “Quba” “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB

5 Fevral 2026 22:49
204
Azərbaycan Basketbol Liqasının 16-cı turunda “Quba” “Sərhədçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, günün yeganə matçında “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə “Quba” 97:89 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib - 102:77.

09:48

Bu gün Azərbaycan Basketbol Liqasının 16-cı turunun B qrupunda daha bir matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün yeganə oyununda “Quba” “Sərhədçi” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 20:30-da start götürəcək.

Turnir cədvəlində “Sərhədçi” 20 xalla üçüncü pillədə qərarlaşıb, “Quba” isə eyni xalla dördüncü yerdədir.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib - 102:77.

İdman.Biz