Azərbaycanın 18 və 20 yaşadək qız və oğlan basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları komandalar açıqlanıb.
İdman.Biz xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla mübarizə aparacaq. Bu qrup matçları iyulun 31-dən avqustun 9-dək keçiriləcək.
Oğlanlardan ibarət U-18 millisi isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya ilə qarşılaşacaq. Onların oyunları iyulun 24-dən avqustun 2-dək davam edəcək.
U-20 qız komandası B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla üz-üzə gələcək. Qarşılaşmalar iyulun 4-dən 12-dək təşkil olunacaq.
U-20 oğlan seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya ilə matçlara çıxacaq. Onların oyunları iyulun 10-dan 19-dək davam edəcək.
