Azərbaycan Basketbol Liqası: "Ordu" "Naxçıvan"ı məğlub edib - YENİLƏNİB

6 Fevral 2026 21:30
234
Azərbaycan Basketbol Liqası:  "Ordu" "Naxçıvan"ı məğlub edib

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, B qrupunda “Naxçıvan” klubu ilə qarşılaşan "Ordu" 95:92 hesablı qələbə qazanıb.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89) məğlub edib.

09:32

Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda “Naxçıvan” “Ordu” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Naxçıvan” 27 xalla ikinci pillədə qərarlaşıb. “Ordu” 29 xalla qrupun lideridir.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89) məğlub edib.

İdman.Biz