Maykl Cordan tarixin ən çox qazanan 10 idmançısının siyahısına başçılıq edir

1 Aprel 2026 20:24
157
Maykl Cordan tarixin ən çox qazanan 10 idmançısının siyahısına başçılıq edir

Nüfuzlu Amerika portalı Sportiсo dünya tarixində ən çox qazanan idmançıların reytinqini dərc edib.

İdman.Biz bildirir ki, reytinqə əfsanəvi altıqat Milli Basketbol Assosiasiyası (NBA) çempionu Maykl Cordan başçılıq edir.

Sportiсo-nun tarixdə ən çox qazanan 10 idmançısı:

1. Maykl Cordan (inflyasiya nəzərə alınmaqla 4,5 milyard dollar; nəzərə alınmamaqla 3,28 milyard dollar) – basketbol.
2. Tayger Vuds (2,88 milyard dollar; 1,97 milyard dollar) – qolf.
3. Kriştianu Ronaldu (2,52 milyard dollar; 2,09 milyard dollar) – futbol.
4. Lebron Ceyms (2,03 milyard dollar; 1,62 milyard dollar) – basketbol.
5. Lionel Messi (1,99 milyard dollar; 1,62 milyard dollar) – futbol.
6. Arnold Palmer (1,85 milyard dollar; 885 milyon dollar) – qolf.
7. Cek Niklaus (1,83 milyard dollar; 930 milyon dollar) – qolf.
8. Devid Bekhem (1,68 milyard dollar; 1,26 milyard dollar) - futbol.
9. Rocer Federer (1,67 milyard dollar; 1,29 milyard dollar) - tennis.
10. Floyd Meyvezer (1,57 milyard dollar; 1,16 milyard dollar) - boks.

İdman.Biz