NBA-nın Avropa layihəsinə qoyulan investisiyalar 1 milyard dolları keçəcək

2 Aprel 2026 06:14
341
NBA-nın Avropa layihəsinə qoyulan investisiyalar 1 milyard dolları keçəcək

“The Athletic” qəzetinin jurnalisti Co Vardon bildirib ki, Milli Basketbol Assosiasiyasının (NBA) Avropa layihəsinə qoyulan investisiyalar 1 milyard dolları keçəcək.

İdman.Biz xəbər verir ki, jurnalistin sözlərinə görə, 120-dən çox potensial investor Şimali Amerika liqası çərçivəsində yeni çempionatın yaradılmasına ciddi maraq göstərib.

Layihənin 2027-ci ildə başlaması gözlənilir və turnirin özündə 16 komanda iştirak edəcək, onlardan 12-si daimi lisenziyaya sahib olacaq.

Jurnalist həmçinin bildirib ki, NBA Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) və Qatar Sports Investments kimi böyük oyunçulardan təkliflər gözləyir.

İdman.Biz