Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatıb

8 Fevral 2026 20:49
327
Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatıb

İdman.Biz xəbər verir ki, Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatıb. Turun Bakı İdman Sarayında baş tutan son oyununda "Sabah" "Neftçi" üzərində 98:79 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85), "Abşeron Lions" "Şəki"ni (92:85) məğlub edib.

17:09

Azərbaycan Basketbol Liqasının 16-cı turunda "Abşeron Lions" səfərdə "Şəki"ni 92:85 hesablı ilə məğlub edib.

10:59

Azərbaycan Basketbol Liqasında bu gün 16-cı tura iki oyunla yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son oyun günündə "Şəki" evdə "Abşeron Lions"la, "Neftçi" isə "Sabah" la qarşılaşacaq.

İlk oyun saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. Turun son qarşılaşması isə saat 18:00-da Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.

İdman.Biz