“Cəlilabad”ın legioneri: “Onun qayıdışı ilə istənilən rəqibi məğlub edə biləcəyik"

Müsahibə
23 Dekabr 2023 10:29
113
“Cəlilabad”ın legioneri: “Onun qayıdışı ilə istənilən rəqibi məğlub edə biləcəyik"

"Son 3 oyunda məğlub olduq. Bunun səbəbi də heyətdə olan itkilərdir".

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad"ın basketbolçusu Kobi Tomas deyib.

Bölgə təmsilçisi Azərbaycan çempionatının IX turunda "Xırdalan"ı qonaq edəcək. Tomas bildirib ki, tam heyətlə oynasalar, növbəti matçda qələbə qazana bilərlər: "Zədəli basketbolçularımızın ümumi sıraya qayıtması ilə komandamızın yenə də çox iddialı olacağını düşünürəm. Zamanla bir-birimizə tam uyğunlaşdıqdan sonra qarşısıalınmaz olacağıq. Xüsusilə də Raşon Consonun qayıdışı ilə istənilən rəqibi məğlub edə biləcəyik. Komandamızın potensialı həqiqətən də çox böyükdür. Klubumuza, məşqçimizə və azarkeşlərimizə çox güvənirəm".

Qeyd edək ki, "Cəlilabad" 8 oyundan sonra 11 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: