Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyunda “Gəncə” qalib gəlib - YENİLƏNİB

29 Yanvar 2026 22:24
536
Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyunda “Gəncə” qalib gəlib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyun keçirilib.

İdman.Biz-in məlumatına görə, A qrupunun matçında NTD “Gəncə” ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gəncəlilərin 102:95 hesablı qələbəsi ilə bitib.

Qalib komandanın heyətində ən yaxşı nəticəni 22 xal toplayan Cəbrayıl Əkbərov göstərib.

17:35

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyunu B qrupunda baş tutub. “Lənkəran” “Ordu” ilə qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63.

Günün son qarşılaşmasında isə 11-ci turdan təxirə salınmış oyunda A qrupunda NTD “Gəncə” ilə üz-üzə gələcək. Matç saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.

Turnir cədvəlində “Gəncə” A qrupunda 18 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu – altıncı yerdə olan NTD-nin isə 15 xalı var.

Qeyd edək ki, 15-ci tura fevralın 1-də yekun vurulacaq.

12:25

Bu gün Azərbaycan Basketbol Liqasında iki matç keçiriləcək.

İdman.Biz xəbər verir ki, 15-ci turun B qrupunda bir görüş baş tutacaq.

“Lənkəran” doğma meydanda “Ordu”nu qəbul edəcək. Oyun Lənkəran Olimpiya İdman Kompleksində saat 15:00-da start götürəcək.

Turnir cədvəlində “Ordu” hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik “Lənkəran” isə sonuncu - altıncı pillədə qərarlaşıb.

11-ci turdan təxirə salınmış oyunda isə A qrupunda NTD “Gəncə” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.

Turnir cədvəlində “Gəncə” A qrupunda 18 xalla dördüncü pillədədir. Sonuncu - altıncı yerdə qərarlaşan NTD-nin isə 15 xalı var.

Qeyd edək ki, 15-ci tura fevralın 1-də yekun vurulacaq.

İdman.Biz