Delano Spenser: “İstəyirik ki, Gəncə bizimlə fəxr etsin”

28 Yanvar 2026 18:15
170
Delano Spenser: “İstəyirik ki, Gəncə bizimlə fəxr etsin”

“Gəncə” basketbol klubunun amerikalı legioneri Delano Spenser komandanın mətbuat xidmətinə açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, “Sabah”la keçirilən oyunu dəyərləndirərək rəqibin gücünü etiraf edib və komandasının gənc heyət olaraq bu matçdan öyrənəcəkləri çox şey olduğunu bildirib.

D.Spenser oyunda 27 xal, beş assist və dörd ribaundla fərqlənsə də, şəxsi göstəricilərin önəmli olmadığını vurğulayıb:

“Mənim üçün komanda önəmlidir. Qələbə üçün lazım olan hər şeyi etməyə hazıram. Məşqçilər və oyunçu yoldaşlarım mənə imkanlar yaratdılar. "Gəncə"nin uğuru üçün bütün fədakarlıqlara hazıram”.

Basketbolçu qarşıdakı sıx oyun qrafikinə də toxunaraq, komandanın hədəflərinə inamlı olduğunu qeyd edib:

“Bizi vacib matçlar gözləyir. Hər iki oyunda qalib gəlməliyik. Liqanın ən yaxşı kollektivlərindən biriyik və uğur qazanmağa köklənmişik”.

D.Spenser azarkeşlərin dəstəyini xüsusi vurğulayıb və onların komanda üçün motivasiya mənbəyi olduğunu bildirib:

“Biz hər iki görüşdə qələbə qazanmaq gücündəyik. Bununla azarkeşlərimizə müsbət enerji ötürə bilərik. Onlar buna layiqdirlər. İstəyirik ki, Gəncə bizimlə fəxr etsin”.

İdman.Biz