Azərbaycan Basketbol Liqası: “Sabah” “Gəncə”ni məğlub edib - YENİLƏNİB

24 Yanvar 2026 18:01
171
Azərbaycan Basketbol Liqası: “Sabah” “Gəncə”ni məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının 14-cü turunun A qrupunda “Sabah” Gəncə”ni məğlub edib.

İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən matç 101:77 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sumqayıt” “Ordu”nu (100:96), “Quba” “Lənkəran”ı (86:68), “Naxçıvan” “Sərhədçi”ni (65:57) məğlub edib.

11:00

Bu gün Azərbaycan Basketbol Liqasının 14-cü turunun A qrupunda bir oyun baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Gəncə” evdə “Sabah”la qarşılaşacaq.

Görüş Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Turnir cədvəlində “Sabah” 23 xalla qrupda ikinci pillədə qərarlaşıb. 17 xala malik “Gəncə” isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sumqayıt” “Ordu”nu (100:96), “Quba” “Lənkəran”ı (86:68), “Naxçıvan” “Sərhədçi”ni (65:57) məğlub edib.

14-cü tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: