Azərbaycan Basketbol Liqasında 19-cu turun oyun cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, turun qarşılaşmaları martın 12-15-i aralığında baş tutacaq.
Martın 12-də saat 19:00-da “Sumqayıt” komandası “Ordu”nu qəbul edəcək, eyni saatda “Naxçıvan” isə “Sərhədçi” ilə qarşılaşacaq. Martın 13-də saat 15:00-da “Lənkəran” öz meydanında “Quba” ilə üz-üzə gələcək.
Martın 14-də saat 14:00-da “Gəncə” - “Sabah”, saat 17:00-da isə “Abşeron” - “Neftçi” görüşü keçiriləcək. Turun son matçı martın 15-də saat 17:00-da “NTD” ilə “Şəki” komandaları arasında baş tutacaq.
