Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB - FOTO

23 Yanvar 2026 22:03
209
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB - FOTO

Azərbaycan Basketbol Liqasının 14-cü turunun B qrupunda “Naxçıvan” Sərhədçi”ni məğlub edib.

İdman.Biz xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matç 65:57 hesabı ilə yekunlaşıb.

16:48

Azərbaycan Basketbol Liqasının 14-cü turunun B qrupunda “Quba” “Lənkəran”ı məğlub edib.

İdman.Biz xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin 86:68 hesablı qələbəsi ilə başa çatıb.

Günün son görüşündə B qrupunda yer alan “Sərhədçi” “Naxçıvan”la üz-üzə gələcək. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 14-cü tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Ordu”nu məğlub edib - 100:96.

09:48

Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü turun daha iki matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk oyunu B qrupunda yer alan “Quba” ilə “Lənkəran” arasında keçiriləcək.

Qarşılaşma Quba Olimpiya Kompleksində saat 15:00-da start götürəcək.

Günün ikinci görüşündə B qrupunda yer alan “Sərhədçi” “Naxçıvan”la üz-üzə gələcək. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20:00-da başlayacaq.

Turnir cədvəlində “Naxçıvan” 23 xalla ikinci pillədə qərarlaşıb. “Quba” 17 xalla dördüncü, “Lənkəran” 17 xalla beşinci, “Sərhədçi” isə 17 xalla altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, 14-cü tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Ordu”nu məğlub edib - 100:96.

İdman.Biz