“Barselona” basketbol klubu Avroliqa ilə 10 illik yeni müqavilə imzalayıb.
İdman.Biz bu barədə “Eurohoops”a istinadən məlumat verir.
Daha əvvəl xəbər verildiyi kimi, “Barselona” Avroliqada qalmaq və NBA Europe layihəsində iştirak etməmək qərarına gəlib.
Bu arada, bir neçə aparıcı Avropa klubu Milli Basketbol Assosiasiyasının (NBA) Avropa layihəsində potensial iştirak üçün addımlar atıb.
2025/26-cı il Avroliqanın müntəzəm mövsümündə “Barselona” komandası 22 oyundan sonra 15 qələbə və səkkiz məğlubiyyətlə altıncı yerdədir.
Mövsümün lideri 16 qələbə və altı məğlubiyyətlə hazırkı Avrokubokun qalibi “Hapoel Təl-Əviv”dir. AvroLiqanı tərk etməyi planlaşdıran “Real Madrid” dördüncü yerdədir (15-8).
