Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınan matçların tarixi açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yanvarın 28-də “Sabah” - “Neftçi”, bir gün sonra NTD - “Gəncə” ilə qarşılaşacaq.
Hər iki görüş saat 20:00-da Bakı İdman Sarayında təşkil olunacaq.
