Azərbaycan Basketbol Liqası: “Sumqayıt” “Ordu”ya qalib gəlib - YENİLƏNİB

22 Yanvar 2026 23:02
198
Azərbaycan Basketbol Liqası: “Sumqayıt” “Ordu”ya qalib gəlib

Azərbaycan Basketbol Liqasında 14-cü tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Səfərdə “Ordu” kollektivi ilə qarşılaşan “Sumqayıt” 100:96 hesablı qələbə qazanıb. Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

10:15

Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutacaq.

“Sumqayıt” səfərdə “Ordu”nun qonağı olacaq. Görüş “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: