Basketbol üzrə Azərbaycan Kuboku: “Sumqayıt” və “Şəki” növbəti mərhələdə - YENİLƏNİB

14 Yanvar 2026 21:38
235
Basketbol üzrə Azərbaycan Kuboku: “Sumqayıt” və “Şəki” növbəti mərhələdə

Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, NTD “Sumqayıt”la qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matçda “Sumqayıt” üstün gəlib – 116:94.

Dörddəbir finalda “Sumqayıt” “Ordu” ilə oynayacaq.

Qeyd edək ki, 1/4 final oyunları (“Sabah” - “Quba”, “Abşeron Lions” - “Şəki”, “Gəncə” - “Neftçi”, “Ordu” - “Sumqayıt”) 18-22 fevral tarixlərində Bakı İdman Sarayında keçiriləcək.

20:52

Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Şəki” “Sərhədçi”ni qəbul edib.

Qarşılaşma 92:75 hesabı ilə “Şəki”nin qələbəsi ilə yekunlaşıb.

“Şəki” dörddəbir finalda “Abşeron Lions”la qarşılaşacaq.

09:36

Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, oyunlardan biri Şəkidə, digəri Bakıda baş tutacaq.

Saat 17:00-da “Şəki” “Sərhədçi”ni, 19:00-da isə NTD “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, “Quba” “Naxçıvan”ı (105:98), “Neftçi” “Lənkəran”ı (86:54) üstələyərək 1/4 finala vəsiqə qazanıb.

“Şəki” - “Sərhədçi” cütünün qalibi növbəti raundda “Abşeron Lions”la, NTD - “Sumqayıt” duelinin güclüsü isə “Ordu” ilə üz-üzə gələcək. 1/4 finalda “Quba” “Sabah”la, “Neftçi” isə “Gəncə” ilə görüşəcək.

İdman.Biz