Azərbaycan kubokunun püşkü atılıb - QRUPLAR

Xəbərlər
19 Dekabr 2023 12:54
95
Azərbaycan kubokunun püşkü atılıb - QRUPLAR

Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkə əsasən 10 komanda 2 qrupa bölünüb.

A qrupu "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt" mübarizə aparacaq. B qrupunda isə "Sabah", NTD-İNDİQO, "Sərhədçi", "Gəncə" və "Şəki" klubları yer alıblar.

Qarşılaşmalar gələn ilin mart və aprel aylarında "Sərhədçi" İdman Kompleksində keçiriləcək. Qrup oyunları dairəvi sistemdə olacaq və ilk iki yeri tutacaq klublar yarımfinala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

İdman.biz