NTD-nin basketbolçusu: “Liqada rəqabət əvvəlkindən daha güclüdür” - MÜSAHİBƏ

Müsahibə
18 Dekabr 2025 15:54
43
NTD-nin basketbolçusu: “Liqada rəqabət əvvəlkindən daha güclüdür” - MÜSAHİBƏ

“Hazırlıq prosesi yaxşı gedir. Komandada hər kəs eyni məqsəd ətrafında birləşib və öz rolunu mümkün qədər yaxşı yerinə yetirməyə çalışır”.

İdman.Biz xəbər verir ki, bu sözləri NTD komandasının basketbolçusu Tay Kokfild klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- NTD mövsümə o qədər də yaxşı başlamadı, lakin son oyunda "Şəki" üzərində qələbə qazandı. Bu oyun həm də klubdakı ilk matçınız idi. Həmin oyunu, komandanın çıxışını və öz performansınızı necə dəyərləndirirsiniz?

-Oyun tam gözlədiyimiz kimi keçdi. Meydancaya çıxıb komanda olaraq baxımlı basketbol oynaya bildiyimizi göstərmək istəyirdik. Komanda çox yaxşı çıxış etdi, qələbədə hər bir oyunçunun böyük payı oldu. Bununla belə, xırda detallarda hələ inkişaf etməli olduğumuz məqamlar var. Öz çıxışıma gəldikdə isə, bu uzun fasilədən sonra ilk oyunum idi. Əsas məqsədim oynamaqdan zövq almaq, komanda üçün faydalı olmaq və eyni zamanda bu anın dəyərini bilmək idi.

- Komanda hazırda "Neftçi" qarşı oyuna hazırlaşır. Hazırlıq prosesi necə gedir və komandadakı ab-hava nə yerdədir?

- Hazırlıq prosesi yaxşı gedir. Komandada hər kəs eyni məqsəd ətrafında birləşib və öz rolunu mümkün qədər yaxşı yerinə yetirməyə çalışır. Hamımız motivasiyalı və həyəcanlıyıq. Biz inanırıq ki, bu mövsüm xüsusi bir şey edə bilərik.

- NTD-ni seçməyinizin əsas səbəbi nə oldu?

- Burada həm sevdiyim işi – basketbol oynamağı davam etdirmək, həm də istənilən şəraitdə lider ola bildiyimi göstərmək üçün böyük fürsət gördüm. Komandanın gənc və potensiallı olduğunu hiss etdim. Bu komandanın irəli gedə biləcəyinə inanıram. Komandamı sevirəm və bu seçimdən məmnunam.

- Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz? Digər klubların oyunlarını izləmək imkanınız olubmu?

- Azərbaycan Basketbol Liqasının səviyyəsi hər mövsüm yüksəlir və rəqabət getdikcə daha da güclənir. Bu mövsüm liqada hər komandada keyfiyyətli oyunçular var və bu gözləntilərimi tam doğruldub. Liqadakı bütün komandaların oyunlarını izləmişəm və izləmək həqiqətən maraqlıdır. Gələcəkdə liqa daha da inkişaf edəcək.

İdman.Biz