“Gəncə” qələbə qazanıb, "Şəki" yenə arzusunu reallaşdıra bilməyib

Xəbərlər
16 Dekabr 2023 16:00
130
“Gəncə” qələbə qazanıb, "Şəki" yenə arzusunu reallaşdıra bilməyib

Bu gün Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı Gəncədə baş tutub.

Şəhərin eyni adlı klubu “Şəki”ni qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Şəki” bu dəfə ilk qalibiyyət arzusuna çata bilməyib. Yalnız son periodda inamlı təsir bağışlayan Aleksander Uconun yetirmələri 12 xal fərqi ilə uduzublar.

Azərbaycan Basketbol Liqası

16 dekabr
VIII tur
14:00. “Gəncə” – “Şəki” - 78:66 (19:19, 18:11, 23:8, 18:28)

Gəncə Olimpiya İdman Kompleksi

Sabah BK

8

7

1

813:660 (+153)

15

Xəzri BK

8

7

1

712:636 (+76)

15

NTD-İNDİQO

7

6

1

633:553 (+80)

13

Neftçi İK

8

5

3

595:539 (+56)

13

Xırdalan BK

8

4

4

695:680 (+15)

12

Gəncə BK

8

3

5

694:744 (-50)

11

Cəlilabad BK

7

3

4

601:611 (-10)

10

Sərhədçi PİK

8

2

6

671:747 (-76)

10

Sumqayıt BK

8

2

6

717:807 (-90)

10

Şəki BK

8

0

8

553:707 (-154)

8

Qeyd edək ki, daha öncə “Xəzri” “Sərhədçi”yə 117:100, “Sabah” “Sumqayıt”a 105:79, “Xırdalan” isə “Neftçi”yə 102:80 hesabı ilə qalib gəlib. Turun dekabrın 17-də keçiriləcək son görüşündə NTD-İNDİQO “Cəlilabad”ı sınağa çəkəcək.

İdman.biz