Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Lənkəran”ı məğlub edib - YENİLƏNİB

Xəbərlər
4 Dekabr 2025 23:12
201
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Lənkəran”ı məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının VIII turunda növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, B qrupunda “Naxçıvan” “Lənkəran”la qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma “Naxçıvan”ın 82:75 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sərhədçi” “Ordu”nu 100:64, “Gəncə” “Neftçi”ni 80:73, “Abşeron Lions” NTD-ni 102:87 hesabı ilə məğlub edib.

19:37

Azərbaycan Basketbol Liqasının VIII turunda günün ilk qarşılaşması baş tutub.

İdman.Biz xəbər verir ki, A qrupunda “Abşeron Lions” NTD ilə qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma “Abşeron Lions”un 102:87 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında “Sərhədçi” “Ordu”nu 100:64, “Gəncə” isə “Neftçi”ni 80:73 hesabı ilə məğlub edib.

09:32

Bu gün Azərbaycan Basketbol Liqasının VIII turunda daha iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda “Abşeron Lions” NTD ilə qarşılaşacaq.

Görüş saat 17:00-da start götürəcək. “Abşeron Lions” 13 xalla qrupda ikinci pillədə yer alıb. 7 xala malik NTD sonuncu - altıncıdır.

B qrupunda isə “Naxçıvan” “Lənkəran”la münasibətlərə aydınlıq gətirəcək. Bu oyun saat 20:00-da başlayacaq. “Naxçıvan” 12 xalla 2-ci yerdə qərarlaşıb. “Lənkəran” isə 10 xalla üçüncüdür.

Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarda “Sərhədçi” “Ordu”nu 100:64, “Gəncə” “Neftçi”ni 80:73 hesabı ilə məğlub edib.

İdman.Biz