“Gəncə”nin baş məşqçisi: “Belə vəziyyətlərdə komanda olmaq çətindir”

Xəbərlər
4 Dekabr 2025 01:37
34
“Gəncə”nin baş məşqçisi: “Belə vəziyyətlərdə komanda olmaq çətindir”

“Komandama, texniki heyətə təşəkkür edirəm. Doğrudan da ağır dövrü yaşayırıq. Belə vəziyyətlərdə komanda olmaq çətindir”.

İdman.Biz bildirir ki, bu sözləri “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı “Neftçi” ilə səfər oyunundan sonra klubun mətbuat xidmətinə deyib.

Qarşılaşma 80:73 hesabı ilə Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

“Məncə, sınaqdan keçirik. Kollektiv olaraq çox yaxşı oynadıq. Oyunçuları bir-bir təbrik edirəm. Rəqibimizə də mübarizəyə görə “sağ ol” düşür. Onlar ciddi rəqibdirlər, yaxşı heyətləri var. Avrokuboklarda yola davam etmək üçün potensialları vardı, amma bəxtsizliklə üzləşdilər. Üç gün sonra Gəncədə təxirə salınan oyunda qarşılaşacağıq. Vaxtımız azdır, çatışmazlıqları aradan qaldırıb meydana ən hazır vəziyyətdə çıxacağıq”, - Atlı əlavə edib.

İdman.Biz