Yığmalarımız Türkiyədə 4 qələbə qazanıblar

Xəbərlər
13 Dekabr 2023 09:38
187
Yığmalarımız Türkiyədə 4 qələbə qazanıblar

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın qız basketbolçulardan ibarət U-16 və U-18 yığmaları yoxlama oyunları keçiriblər.

İdman.biz xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdiyi dörd yoxlama oyununun hamısında qalib gəliblər.

Komandalarımız 4 fərqli rəqiblə oynayıblar.

Yoxlama görüşləri
U-16

"İstanbul Yıldızları" - Azərbaycan – 71:78
"Asya Kartalları" - Azərbaycan – 33:73

U-18
"Daçka Şerifalı" - Azərbaycan – 61:82
"Allstar İstanbul" - Azərbaycan – 54:72

İdman.biz