Avropa çempionatı: Azərbaycan millisi ikinci qarşılaşmadan da məğlub ayrılıb - YENİLƏNİB

15 Noyabr 2025 16:54
237
Avropa çempionatı: Azərbaycan millisi ikinci qarşılaşmadan da məğlub ayrılıb - YENİLƏNİB

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma Monteneqronun qələbəsi ilə yekunlaşıb - 104:62.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.

14:15

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edəcək.

Qarşılaşma bu gün Bakı İdman Sarayında saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.

İdman.Biz