“Abşeron” “Şəki” üzərində inamlı qələbə qazandı

Xəbərlər
9 Noyabr 2025 19:00
129
“Abşeron” “Şəki” üzərində inamlı qələbə qazandı

Azərbaycan Basketbol Liqasında VI turun son oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Şəki” Şəki Olimpiya İdman Kompleksində “Abşeron” komandasını qəbul edib.

Görüş qonaqların üstünlüyü ilə başa çatıb — 104:79.

Qeyd edək ki, tur çərçivəsində daha əvvəl aşağıdakı nəticələr qeydə alınmışdı:

“Sumqayıt” – “Lənkəran” — 98:94

“Sərhədçi” – “Quba” — 86:82

“Ordu” – “Naxçıvan” — 100:76

“Gəncə” – NTD — 90:78

Bu nəticələrlə VI tur tam yekunlaşıb və komandalar turnir cədvəlində mövqeləri uğrunda mübarizəni davam etdirir.

İdman.Biz