ABL: “Ordu” “Naxçıvan”ı məğlub edib - YENİLƏNİB

Xəbərlər
7 Noyabr 2025 22:12
143
ABL: “Ordu” “Naxçıvan”ı məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, günün ikinci matçında “Ordu” “Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma “hərbçilər”in qələbəsi ilə yekunlaşıb - 100:76.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

17:24

Azərbaycan Basketbol Liqasının VI turunun B qrupunda daha bir oyun keçirilib.

İdman.Biz xəbər verir ki, B qrupunda “Quba” evdə “Sərhədçi” ilə üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün B qrupunda daha bir qarşılaşma keçiriləcək. “Naxçıvan” komandası “Ordu” ilə üz-üzə gələcək. Matç Bakı İdman Sarayında saat 19:00-da başlayacaq

Qeyd edək ki, turun ötən gün baş tutan matçında “Sumqayıt” “Lənkəran”ı 98:94 hesabı ilə məğlub edib.

10:34

Bu gün Azərbaycan Basketbol Liqasının VI turunun B qrupunda daha iki qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, əvvəlcə “Quba” “Sərhədçi” ilə üz-üzə gələcək.

B qrupunun qarşılaşması Quba Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək. “Quba” 7 xalla 4-cü pillədə qərarlaşıb. 6 xala malik “Sərhədçi” isə beşinci yerdədir.

B qrupunun digər görüşü “Naxçıvan” və “Ordu” arasında keçiriləcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. “Ordu” 10 xalla qrup lideridir. 9 xala malik “Naxçıvan” isə ikincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında “Sumqayıt” “Lənkəran”ı 98:94 hesabı ilə məğlub edib.

İdman.Biz