Basketbol Liqası: “Naxçıvan” “Lənkəran”ı, “Ordu” isə “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB

Xəbərlər
17 Oktyabr 2025 21:44
140
Basketbol Liqası: “Naxçıvan” “Lənkəran”ı, “Ordu” isə “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

İdman.Biz bildirir ki, günün ikinci qarşılaşmasında “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlib.

Görüş “Ordu”nun qələbəsi ilə bitib - 85:73.

Günün ilk duelində isə “Naxçıvan” “Lənkəran”ı 91:82 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.

19:39

Azərbaycan Basketbol Liqasının III turunda “Naxçıvan” səfərdə “Lənkəran”"ı məğlub edib.

İdman.Biz xəbər verir ki, B qrupunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 91:82 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun bu gün keçiriləcək digər oyununda “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlir.

10:06

Azərbaycan Basketbol Liqasında III tura bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

B qrupunda yer alan “Lənkəran” “Naxçıvan”ı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

Qrupun digər oyununda “Ordu” “Sərhədçi” ilə üz-üzə gələcək. Bu matç isə saat 19:00-da start götürəcək.

“Ordu” dörd xalla B qrupunun lideridir. İki xalı olan “Sərhədçi”, “Lənkəran” və “Naxçıvan” müvafiq olaraq üçüncü-beşinci pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, III tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz